İnfiniti yeni sedanını göstərdi - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İnfiniti yeni sedanını göstərdi - FOTO

İnfiniti yeni sedanını göstərdi - FOTO

Müəllif: Kürsüm
//
17 Ocak 2013
//
//

İnfiniti yeni sedanını göstərdi - FOTO

O, 2 sürət qutusu və 2 güc qurğusu, o cümlədən mümkün ləvazimatların geniş siyahısını aldı. Dilerlərin şou-rumlarında yenilik yayda meydana gələcək.

xeberleragetliyi.com  bildirir ki, təqdimatdan bir müddət əvvəl "Renault-Nissan” və "Daimler” konsernləri arasında sıx əməkdaşlıq olduğundan "İnfiniti Q50”-nin "Mercedes C-class” platformasında yığılacağı barədə şaiyələr gəzirdi.

Lakin ilkin məlumatlara görə "Q50” varisi olduğu modernləşdirilmiş "G37” platformasına əsaslanıb. ABŞ bazarında sedanın mühərrik qamması 3,7-litrlik 330 a.g. olan V6-dan və hibrid qurğusu əsasında olan 3,5-litrlik 350 a.g.-nü keçən benzin mühərrikdən ibarətdir.

Lakin bildirilir ki, Avropada "İnfiniti Q50” üçün "Mercedes C-class”-dan həm benzin, həm də dizellə işləyən 4-silindirli mühərriklər əldə etmək mümkün olacaq.

Hələlik yalnız bir sürət qutusu nəzərdə tutulur – sükan arxasında ötürücüləri olan 7-pilləli "avtomat”. Güc qurğularından asılı olmayaraq sedan tam ötürücülü və ya arxa ötürücülü ola bilər.

"İnfiniti”də bəyan edirlər ki, "Q50” ilə birlikdə iki yeni texnologiya da debüt edəcək – "Direct Adaptive Steering” sükan idarəetməsi və "Active Lane Control” sistemi.

Bildirilir ki, yeni sükan mexanizmi sükan hərəkətlərinə daha tez reaksiya təmin edir və 4 iş rejiminə malikdir. "Active Lane Control” sistemi isə kameralar və detektorlar vasitəsilə hərəkət zolağında saxlamada yardım göstərir.

xeberleragetliyi.com
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam