Azərbaycanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Azərbaycanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Müəllif: Anar
//
17 yanvar 2013
//
//

Azərbaycanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.


Xeberleragentliyi.com-un xəbərinə görə, prezidentin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

Müvafiq dövlət qurumlarının rəhbərləri və Olimpiya çempionlarının təmsil olunduğu Təşkilat Komitəsinə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.

Sərəncama əsasən, Azərbaycan Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Earnhardt 24 dekabr 2016 15:36
A rolling stone is worth two in the bush, thanks to this aretlci.

Xəbər Lenti Giriş Populyar Reklam