Penitensiar Xidmət: Əsgərin yaralanması faktı üzrə cinayət işi başlanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Penitensiar Xidmət: Əsgərin yaralanması faktı üzrə cinayət işi başlanıb

Penitensiar Xidmət: Əsgərin yaralanması faktı üzrə cinayət işi başlanıb

Müəllif: Anar
//
17 Ocak 2013
//
//

Penitensiar Xidmət: Əsgərin yaralanması faktı üzrə cinayət işi başlanıb

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov xeberleragentliyi.com-a açıqlamasında bildirib ki, xidmətin Mühafizə Alayının əsgəri Sübhan Vəli oğlu Mahmudlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. M. Sadıqov, əsgərin dərhal xəstəxanaya yerləşdirildiyini və üzərində cərrahiyyə əməliyyatı aparıldığını deyib.

Məlumata görə, faktla bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


***

16.27

Azərbaycanda əsgər güllələnib. Xeberleragentliyi.com-un məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının Bakının Şüvəlan qəsəbəsində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər, 1994-cü il təvəllüdlü Sübhan Mahmudovun naməlum şəraitdə güllələndiyi bildirilir. Yaralı əsgər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, əsgər S. Mahmudov döş qəfəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan əsgərin vəziyyəti hazırda ağır qiymətləndirilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam