Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb

Müəllif: Anar
//
17 Ocak 2013
//
//

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Bu barədə xeberleragentliyi.com-un Mİl-Muğan bürosuna BDYP-nin müstəntiqinin verdiyi məlumata görə, bu gün saat 18.00 radələrində Bakı-Qazax yolunun 139-cu kilometrliyində Hacıqabul rayonunun Muğan qəsəbəsində Ağdaş rayonunun Ləki kənd sakini 1988-ci il təvəllüdlü Nəzirzadə Toğrul Məhəmməd oğlunun idarə etdiyi Mersedess markalı 10 SF 926 dövlət nömrə nişanlı avtomobil Sabirabad rayonu Cavad kənd sakini 1963-cü il təvəllüdlü Nuriyev Rasim Rabil oğlunun idarə etdiyi İSUZU markalı 90 BU 491 dövlət nömrə nişanlı avtomobillə toğğuşub. Nəticədə hər iki sürücü və Mersedes markalı avtomobildə olan sərnişin Goranboy sakini 1957-ci il təvəllüdlü Abdullayev İnayət Allahverdi oğlu ağır xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Nuriyev Rasim Rabil oğlunun həyatını xilas etmək mümkün olmayıb. Toğrul Nəzirzadənin vəziyyəti kritikdir.

Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, istintaq aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam