“Çalışmalıyıq ki, bəzən obyektiv, bəzən də subyektiv reallıqdan doğan əsgər ölümlərinə son qoyulsun” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Çalışmalıyıq ki, bəzən obyektiv, bəzən də subyektiv reallıqdan doğan əsgər ölümlərinə son qoyulsun”

“Çalışmalıyıq ki, bəzən obyektiv, bəzən də subyektiv reallıqdan doğan əsgər ölümlərinə son qoyulsun”

Müəllif: Anar
//
17 Ocak 2013
//
//

 “Çalışmalıyıq ki, bəzən obyektiv, bəzən də subyektiv reallıqdan doğan əsgər ölümlərinə son qoyulsun”

“Azərbaycan ordusu 20 ildən artıqdır səngər həyatı yaşayır ki, bunun özü də bir sıra problemlər yaradır. Bu, əsasən psixoloji və fiziki problemlərdir”. Bu sözləri xeberleragentliyi.com-a açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.

Əsgər ölümündən təəssüfləndiyini söyləyən B. Muradova qeyd edib ki, adi şəraitdə orduda xidmətlə səngər şəraitində xidmət tamamilə fərli nüanslardır, Azərbaycan ordusu formalaşma və inkişaf dövrünü səngər şəraitində keçirir: “Bu mənada Azərbaycan ordusundakı vəziyyətlə dinc şəraitdə yaşayan ölkələrin orduları müqayisəyə gəlməyəcək dərəcədə fərqlidir. Çox təəssüf ki, Ceyhun Qubadov kimi əsgərlərimizin ölümü baş verir. Hər dəfə də bu hallar baş verdikcə müqəssirlər cəzalandırılır, lakin bu hallardan istifadə edib, bunu şişirdib, tamamilə başqa bir yöndən cəmiyyətə təqdim edənləri başa düşə bilmirəm”.

Gənclərin bu olaya etiraz olaraq aksiya keçirməsinə toxunan B. Muradovanın sözlərinə görə, Azərbaycan demokratik bir ölkədir, hər kəs öz etirazını bu və ya digər qaydada nümayiş etdirə bilər: “Amma bu, heç kimə haqq vermir ki, baş verən hadisəni tamamilə başqa bir səmtə yönəltsin və bundan da siyasi məqsədlər üçün istifadə olunsun”.

B. Muradova hesab edir ki, istənilən halda hər kəs bu məsələdə öz mövqeyini ortaya qoymalıdır: “Çalışmalıyıq ki, bəzən obyektiv reallıqdan, bəzən də subyektiv reallıqdan doğan belə hallara son qoyulsun, əsgər ölümü daha az baş versin”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam