“Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki qanunvericiliyində hər hansı dəyişiklik edilməyəcək” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki qanunvericiliyində hər hansı dəyişiklik edilməyəcək”

“Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki qanunvericiliyində hər hansı dəyişiklik edilməyəcək”

Müəllif: Anar
//
17 Ocak 2013
//
//

“Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki qanunvericiliyində hər hansı dəyişiklik edilməyəcək”

“Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar qanunvericilikdə hər hansı əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulmur. Buna ehtiyac da yoxdur”.

Bunu xeberleragentliyi.com-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda seçki qanunvericiliyində dəyişikliklərə ehtiyac olması fikrinə münasibət bildirərək deyib.

Ə. Hüseynlinin sözlərinə görə, Azərbaycanda seçki qanunvericiliyi tam mükəmməldir, artıq bir neçə seçkidə təcrübədən çıxıb. O qeyd edib ki, bəzən hansısa texniki məsələlərlə bağlı Seçki Məcəlləsinə düzəlişlər olur: “Amma seçki qanunvericiliyinin mahiyyəti, seçki komissiyalarının formalaşdırılması və sairlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmur. Çünki buna zərurət də yoxdur”.

Komitə sədri Azərbaycanda hər seçki ili ərəfəsində Seçki Məcəlləsinin hədəfə alınması, sənəddə hansısa dəyişiklik ediləcəyi barədə mövzu açılması, bunun hətta tələb şəklində səsləndirilməsindən təəssüf hissi keçirdiyini də vurğulayıb: “Bütün bunlara cavab olaraq tam məsuliyyətlə deyirəm ki, bu gözləntilər əbəsdir. Bizim müasir standartlara cavab verən seçki qanunvericiliyimiz var və Seçki Məcəlləsi hazırlanan zaman bütün beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almışıq. Bir sıra təkliflərin nəzərə almasının mümkünsüzlüyünün isə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də şahidi olub. Bu barədə geniş polimikalar da aparmışıq. Ona görə də birdəfəlik bilmək lazımdır ki, nə indi, nə də gələcəkdə Azərbaycanda seçki qanunvericiliyində dəyişiklik edilməsinə ehtiyac yoxdur”.

Ə. Hüseynli onu da bildirib ki, artıq Mərkəzi Seçki Komissiyası sistemi seçkini həyata keçirən inzibati orqan kimi tam formalaşıb və növbəti seçkiləri də keçirməyə tam hazırdır.

Qeyd edək ki, Avropa Parlamentinin prezidenti Martin Şults bəyan edib ki, Azərbaycan seçki qanunvericiliyi sahəsində dəyişiklik etməlidir. Bu il keçiriləcək prezident seçkilərinin bütün meyarlara cavab verməsinin prinsipial məsələ olduğunu deyən M. Şults bəyan edib ki, Azərbaycanda seçki hüququ, toplaşma azadlığı və kütləvi informasiya vasitələrinin azadlığı kimi sahələrdə islahatlar aparılmalıdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam