Bakıda polis kafedə əməliyyat keçirdi – Foto » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda polis kafedə əməliyyat keçirdi – Foto

Bakıda polis kafedə əməliyyat keçirdi – Foto

Müəllif: cavidan
//
09 Nisan 2020
//
//

Bakıda polis kafedə əməliyyat keçirdi – Foto

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 41-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkar olunub.

Həmin kafenin sahibi Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan 3 nəfər müştəri saxlanılaraq Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Azər Nağıyev barəsində isə toplanan materiallara hüquqi qiymət verilərək qərar qəbul olunması üçün məhkəməyə göndərilib.

Bakıda polis kafedə əməliyyat keçirdi – Foto
Bakıda polis kafedə əməliyyat keçirdi – Foto
Bakıda polis kafedə əməliyyat keçirdi – Foto
Bakıda polis kafedə əməliyyat keçirdi – Foto
Xəbər Lenti Giriş Populyar Reklam