İsmayıllıda gündə 15 min maska istehsal olunur » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda gündə 15 min maska istehsal olunur

İsmayıllıda gündə 15 min maska istehsal olunur

Müəllif: cavidan
//
07 Nisan 2020
//
//

İsmayıllıda gündə 15 min maska istehsal olunur



İsmayıllı rayonunda yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində gündə 15 min tibbi maska tikilir. Maska istehsalı, 2013-ci ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuş, İsmayıllı Tikiş Fabrikində həyata keçirilir.

Fabrikdə maska istehsalı aprelin 4-dən, Rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayıb və müəssisə gücləndirilmiş iş rejimində növbə ilə gündə 10 saat işləyir. Tikiş prosesinə 50-ə yaxın işçi quvvəsi cəlb olunub.

İstehsal prosesində istifadə olunan parçanın tərkibi 100 faiz pambıqdan ibarətdir və sterilizəyə davamlı olduğuna görə, tibdə istifadəyə tam yararlıdır. Maskalar sterilizə olunduqdan sonra rayonun apteklərinə paylanılır. Həmçinin, yaşıllaşdırma, təmizlik, kommunal xidmətlər sahələrində çalışan və aztəminatlı təbəqənin digər üzvlərinə təmənnasız təqdim olunur.

#Azerbaycan #ismayilli #İvanovka #Basqal #koronavirus #dezinfeksiya #COVID19 #CoronaVirus #İsmayıllı #Azərbaycan #Evdəqal #bizbirlikdəgüclüyük #Kürdmaşı #tibbimaska #yerliistehsal

İsmayıllıda gündə 15 min maska istehsal olunur
İsmayıllıda gündə 15 min maska istehsal olunur
İsmayıllıda gündə 15 min maska istehsal olunur
İsmayıllıda gündə 15 min maska istehsal olunur
Xəbər Lenti Giriş Populyar Reklam