İlham Əliyev sərəncam imzaladı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Müəllif: cavidan
//
07 Nisan 2020
//
//

İlham Əliyev sərəncam imzaladı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberleragentliyi.com sərəncamın mətnini təqdim edir:

1. Hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Xəbər Lenti Giriş Populyar Reklam