2012-ci ildə Azərbaycanda 56 qadın öldürülüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 2012-ci ildə Azərbaycanda 56 qadın öldürülüb

2012-ci ildə Azərbaycanda 56 qadın öldürülüb

Müəllif: Anar
//
16 Ocak 2013
//
//

2012-ci ildə Azərbaycanda 56 qadın öldürülüb

2012-ci ildə zorakılığa məruz qalaraq qətlə yetirilən və ya xəsarət alan qadınlarla bağlı statistika açıqlanıb. İl ərzində 56 qadın öldürülüb, 32 qadına qarşı isə ölümə cəhd olub. Öldürülən qadınlardan 24-ü qısqanclıq, 9 nəfəri isə ailə münaqişəsi zəmnində qətlə yetirilib. Daha 18 nəfər münaqişə nəticəsində öldürülüb. Qısqanclıq zəmimnində ölümə qəsdlə üzləşənlər 21, münaqişə nəticəsində isə 12 fakt olub.

Bu ilin statistikasına görə, 15 qadın əri tərəfindən öldürülüb. Kişilərin öz həyat yoldaşını öldürməyə cəhd etməsi ilə bağlı isə 13 fakt qeydə alınıb. 2 qadın qardaşı tərəfindən qətlə yetirilib. Ölümə qəsdlə bağlı isə bu faktların sayı 4 olub. Kürəkəni tərəfindən qətlə yetirilən qadınların sayı isə 4 nəfər olub. Bacısı oğlu tərəfindən 5, tanışı tərəfindən 10, atası tərəfindən isə 1 qadın qətlə yetirilib. Daha 20 qadın tanımadığı şəxslər tərəfindən öldürülüb.

Daha bir hadisə yanvarın 12-də İmişli rayonunda baş verib. 20 yaşlı Əhməd Əliyev 3 bıçaq zərbəsi ilə anasının həyatına son qoyub. O, anasını qısqanclıq zəminində qətlə yetirdiyini deyib. Bu və buna bənzər hadisələrlə tez-tez rastlaşırıq.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, məişət zorakılığının baş verməsinin əsas səbəbi tərəflərin bir-birini anlamamasıdır.

Psixoloq onu da vurğuladı ki, məişət zorakılığının qarşısını almaq üçün vətəndaşlar arasında maarifləndirmə işləri aparılmalıdır. Zorakılığa məruz qalanlar müvafiq orqanlara müraciət etməlidirlər.
Hüquqşünas Müzəffər Baxışov isə bildirdi ki, bu kimi halların qarşısının alınması üçün müvafiq orqanlara gösrtərişləri verilib.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə 2012-ci ildə qadınlara qarşı zorakılıq halları nisbətən azalıb.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədə son durum Bugün, 09:49Cəbhədə son durum