Sizin reklam burada
Sizin reklam burada

Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların SAYI

Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların SAYI
Abşeron yarımadasında koronavirusa yoluxanların sayı məlum olub.

Xeberleragentliyi.com xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri Bakı şəhərindədir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.

Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.

Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 9 koronavirusa yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ