Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda istixana təsərrüfatları çətin durumda: - qiymətlər yarıbayarı azalıb

Azərbaycanda istixana təsərrüfatları çətin durumda: - qiymətlər yarıbayarı azalıb


Koronavirus pandemiyasına qarşı tətbiq olunan sərt karantin tədbirləri həm Azərbaycanda, həm də dünyada meyvə-tərəvəzə tələbatın azalmasına səbəb olub. Belə ki, restoranlar, kafelər, şadlıq sarayları fəaliyyətini dayandırdığı üçün bu məhsulların alıcıları xeyli azalıb.

Azərbaycan Meyvə-tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyevin Musavat.com-a verdyi məlumata görə, hazırda istixana məhsullarının mövsümü davam edir: “Bu məhsulların da maya dəyəri yüksəkdir. Mövcud şəraitdə tələb hədsiz azaldığı üçün qiymətlər də kəskin azalıb. Ötən ilin bu vaxtı ilə müqayisədə qiymətlər yarıbayarı aşağı düşüb. Bu, həm ölkə daxilində belədir, həm də xaricdə. Hazırda məhsulun satış qiyməti ona çəkilən xərcləri qarşılamağa imkan vermir. Fermerlə böyük çətinliklərlə üzləşiblər – işçilərin əmək haqlarını çatdırıb vermək problemdir”.

B.Quliyev bildirir ki, fermerlərin üzləşdiyi çətinliklər və mümkün dövlət dəstəyi barədə təkliflərini Assosiasiya olaraq bu gün İqtisadiyyat Nazirliyində təşkil olunacaq görüşdə hökumətə təqdim edəcəklər: “İndiyədək hökumətlə müzakirələrimiz əsasən sərt karantin rejiminə görə işçilərin iş yerlərinə rahat gediş-gəlişini təmin etmək istiqamətində olub. Kənd təsərrüfatı elə sahədir ki, işi dayandırmaq mümkün deyil. Buna görə də Nazirlər Kabineti bu sahədə işin davam etməsinə icazə verib. Amma sərt karantin rejimində sərnişindaşıma nəqliyyatının hərəkətində yaranmış problemlərə görə işçilərin işə gəlib çıxmasında çətinliklər yaranırdı”.

Assoiasiya rəhbərinin sözlərinə görə, həm daxildə, həm xaricdə tələbat azalıb: “Amma hələlik ixrac həcmi azamayıb. Hələ ki, qış mövsümüdür, istehsal həcmi onsuz da az idi. Bu mövsümdə qiymətlər də yüksək olur, amma indi belə deyil, çünki tələbat azalıb. Məhsuldarlıq artanda – aprel-may aylarında – ixracın da azalacağını gözləyirik, çünki hətta aşağı qiymətlə belə tələbat olmayanda satış da mümkün olmur”.

Onu da qeyd edək ki, hazırda Azərbaycan tərəvəzinin əsas ixrac bazarı olan Rusiyada qiymətlərin kəskin ucuzlaşması prosesi gedir. Bu ölkədə də ictimai iaşə müəssisələrinin xeyli hissəsinin fəaliyyəti dayandırılıb deyə tərəvəzə tələbat azalıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ