Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlı idmançının məşhur turnirdəki döyüşü ləğv olundu

Azərbaycanlı idmançının məşhur turnirdəki döyüşü ləğv olundu
MMA idmançımız Tofiq Musayevin döyüşü ləğv olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara “Twitter” hesabı vasitəsilə məlumat verib.

O bildirib ki, aprelin 19-da Yaponiyanın Yokohama şəhərində keçirilməli olan “Rizin 22” döyüş gecəsi koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qeyd edək ki, Tofiq Musayev həmin döyüş gecəsində “Killer” ləqəbli braziliyalı Luiz Qustavo Feliks dos Santosla qarşılaşmalı idi.

Onu da bildirək ki, son məlumata görə, Yaponiyada 2617 nəfər koronavirusa yoluxub. Onlardan 63-ü ölüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ