Son sutka ərzində bu qədər adam cərimələnib - STATİSTİKA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Son sutka ərzində bu qədər adam cərimələnib - STATİSTİKA

Son sutka ərzində bu qədər adam cərimələnib - STATİSTİKA

Müəllif: cavidan
//
03 Nisan 2020
//
//

Son sutka ərzində bu qədər adam cərimələnib - STATİSTİKA

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 2-si saat 08:00-dan bu gün 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 25-i rayon, 118-i paytaxt istiqamətinə olmaqla, 143 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 58 nəqliyyat vasitəsi geri qaytarılıb ki, bunlardan 34-ü rayon, 24-ü isə paytaxt istiqamətinə olub.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 45-i rayon, 159-u paytaxt istiqamətinə olmaqla, 204 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 265, Abşeron rayonunun çıxışında yerləşən keçid postundan isə 650 nəqliyyat vasitəsi geri qaytarılıb.

Gün ərzində 1 320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişin olmaqla, digərləri cərimələnib.

Ümumilikdə, martın 19-dan bu günədək 17 576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Xəbər Lenti Giriş Populyar Reklam