Sizin reklam burada
Sizin reklam burada

Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər

Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan aprel döyüşlərinin araşdırılması üçün yaradılan parlament komissiyasına ifadə vermək üçün dəvət edilib.

Bu barədə komissiya sədri Andranik Köçəryan deyib. Onun sözlərinə görə, bu, araşdırmada son məqam ola bilər. Bundan sonra komissiya hesabatı təqdim edəcək. İndi əsas məsələ Sarkisyanın komissiyaya ifadəsində nələr söyləyəcəyidir.

Onun komissiyanın dəvətini qəbul edib-etməyəcəyi də sual altındadır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçatorov da bu dəvətdən imtina etmişdi. Eyni qərarı Sarkisyan da verə bilər.

Erməni ictimaiyyəti və mətbuatı hesab edir ki, aprel döyüşləri ölkə üçün olduqca çətin dönəmın başlanğıcı olub. Ermənistanın Qarabağ müharibəsi zamanı işğal etdiyi bəzi ərazilər geri alınıb, ordu çox sayda itki verib, erməni ictimaiyyətində ciddi etirazlar başlayıb.

Bugünlərdə isə Qarabağın “yepiksopu” Parqev bildirib ki, aprel müharibəsi zamanı erməni hərbçilərinin hücumunu gözlənilməz zəng dayandırıb.

"O, əlbəttə, baş qərargahların rəislərinin Moskvada əldə etdiyi atəşkəs razılaşmasını nəzərdə tutub. Serj Sarkisyan da bununla bağlı qəribə açıqlamalar verib",- deyə erməni mətbuatı yazıb.

“Sarkisyan da rusiyalı aparıcı Dmitri Kiselyova müsahibəsində bu görüşün təfərrüatları barədə məlumatsız olduğunu bildirib. Ancaq ali baş komandanın müharibə zamanı danışıqlardan xəbərdar olmaması ən azı qəribədir. Necə ola bilər ki, ali baş komandan baş qarargah rəisi ilə düşmənin baş qərargah rəisinin əldə etdiyi sülh razılaşmasından məlumatsızdır?",- deyə erməni mətbuatı soruşur.

Mətbuatın yazdığına görə, Yuri Xaçaturov bu barədə təfərrüatları ya ali baş komandana bildirməyib, ya da Sarkisyan bu barədə heç nə bilmədiyini deməklə məsuliyyəti üzərindən atmaq istəyib. "Böyük ehtimalla Sarkisyan Kiselyova müsahibəsində aprel müharibəsindəki məsuliyyəti Moskvanın üzərinə qoymaq üçün belə bir işarə vurub",- deyə “armenianreport” yazır.

İndi əsas məsələ Sarkisyanın komissiyanın çağırışına reaksiyası olacaq.
Cebhe.info

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ