ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu

ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu

Müəllif: cavidan
//
01 Nisan 2020
//
//

ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu


Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə ADAU-da distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər 3-cü həftədir ki davam edir və Azərbaycan ali təhsil məkanında bu cür tədris ilk dəfə bu təhsil müəssisəndən başlayıb.
Metbuat.az xəbər verir ki, ötən ilin sentyabr ayından yaradılan ADAU TV vasitəsilə yayımlanan mühazirələrə baxış sayı onu göstərir ki, tələbələr hər mühazirəni maraqla dinləyir və mühazirəçiyə mövzuya uyğun suallar ünvanlayır. Gün ərzində yayımlanan 6 mühazirə isə sırf tədris proqramına uyğun aparılır.
ADAU-dan onu da bildiriblər ki, əslində bu distant təhsil texnologiyası olmaqla tədrisin məsafədən təşkilidir və universitetin facebook səhifəsi üzərindən, eləcə də ADAU TV vasitəsilə yayımlanır. Və bu dərslər hal-hazırda davam etdirilir. Onu da deyiblər ki, tədris proqramına uyğun söylənən mühazirələrin bütün mətnlərinin əldə edilməsi üçün də hər cür texniki baza mövcuddur və tələbələr bu cür tədris zamanı da çox aktivdir.

ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu
ADAU online tədrisə başlayan ilk təhsil müəssisəsi oldu
Xəbər Lenti Giriş Populyar Reklam