Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər

Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər

Müəllif: cavidan
//
01 Nisan 2020
//
//

Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər


Rusiyanın “Skolkovo” mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar.

“Lenta.ru” xəbər verir ki, söhbət “Meqnaril” adı verilən soyuq plazma ilə işlənilən sudan gedir.


Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində virus hüceyrələrini məhv edə bilən “aqresiv” oksigen və hidrogen formaları yaranır.

Qeyd etmək lazımdır ki, maskaların və fərqli səthlərin təmizlənməsi üçün istifadə edilməsi mümkün olan bu maye insana təhlükə yaratmır və olduqca ucuzdur.

Hal-hazırda alimlər ixtira ilə bağlı müvafiq patentin alınması ilə əlaqədar işlər görür.
Xəbər Lenti Giriş Populyar Reklam