Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Müəllif: cavidan
//
30 Mart 2020
//
//

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi


Türkiyədə koronavirusa yoluxma hallarının sayı artmağa davam edir.

Xeberleragentliyi.com xəbər verir ki, son gün ərzində xəstələrin sayı daha 1600 nəfər artaraq, 10 827-ə çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

“Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 nəfəri itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 xəstə sağaldı, 725 nəfər reanimasiyadadır”, - deyə nazir “Twitter”də paylaşım edib.
Xəbər Lenti Giriş Populyar Reklam
Aman, qardaş... Dün, 12:19Aman, qardaş...