Vergilər Nazirliyi 17 əməkdaşını cəzalandırıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Vergilər Nazirliyi 17 əməkdaşını cəzalandırıb

Vergilər Nazirliyi 17 əməkdaşını cəzalandırıb

Müəllif: Kürsüm
//
16 Ocak 2013
//
//

Vergilər Nazirliyi 17 əməkdaşını cəzalandırıb
Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. xeberleragetliyi.com-un Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci il ərzində Vergilər Nazirliyinə “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə əlaqədar cəmi 38 şikayət daxil olub. Aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozmuş 8 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilmiş, 6 əməkdaşa töhmət verilmiş, 2 əməkdaşa xəbərdarlıq elan edilib.
2012-ci il ərzində bu sahədə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə vergi xidməti əməkdaşları korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədə son durum Bugün, 09:49Cəbhədə son durum