Türkiyənin bu vilayətlərində karantin rejimi elan olundu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyənin bu vilayətlərində karantin rejimi elan olundu

Türkiyənin bu vilayətlərində karantin rejimi elan olundu

Müəllif: cavidan
//
28 Mart 2020
//
//

Türkiyənin bu vilayətlərində karantin rejimi elan olundu

Türkiyənin Van vilayətinin Çaldıran rayonun Xan məhəlləsində və Yozqat vilayətinin Çekerek rayonunun Yuxarı Qaraxasılı kəndində karantin rejimi elan olunub.

Axar.az xəbər verir ki, buna səbəb hər iki yaşayış məntəqəsində yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının aşkarlanmasıdır. Digər bir məlumata görə isə müxtəlif şəhərlərdə 12 polis əməkdaşının virusa yoluxduğu təsdiqini tapıb. İnfeksiyaya məruz qalan qanun keşikçiləri əhali ilə sıx təmasda xidmət aparıblar.

Qeyd edək ki, Daxili İşlər naziri Süleyman Soylunun məlumatına görə, martın 27-də Türkiyədə koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 12 kənd və qəsəbədə karantin rejimi tətbiq edilib.
Xəbər Lenti Giriş Populyar Reklam