“İTV-nin bədii seriallar, filmlər və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “İTV-nin bədii seriallar, filmlər və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur”

“İTV-nin bədii seriallar, filmlər və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur”

Müəllif: Kürsüm
//
16 Ocak 2013
//
//

“İTV-nin bədii seriallar, filmlər və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur”

“İctimai TV cəmiyyət və auditoriya qarşısında öz öhdəliklərini kifayət qədər yaxşı bilir. Eyni zamanda, bu vəzifələri daim yüksək səviyyədə yerinə yetirməyə çalışır. İTV yayımçı şirkətdir. Odur ki, bu şirkətin bədii seriallar, filmlər və ya uşaq cizgi filmlərinin istehsalı ilə bağlı öhdəlikləri yoxdur.” xeberleragetliyi.com-un məlumatına görə, bu haqda İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmlinin dövlət büdcəsindən maliyyələşən AzTV və İTV-ni ittihamına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İTV indiyədək cəmi 3 televiziya serialı çəkib: “Bunlardan ikisi artıq yayımlanıb, üçüncüsünü isə yaxın zamanlarda yayımlamağa hazırlaşırıq. Həmçinin, indiyədək 29 bədii televiziya filmi, 200-dən çox isə sənədli film istehsal olunub”.

Tahir Məmmədov bildirib ki, cizgi filmlərinin çəkilməsi isə digərlərindən xüsusi ilə fərqləndiyindən ona daha məsuliyyətlə yanaşılır: “Əgər cizgi filmləri bu işə məsul qurumlar tərəfindən çəkilərsə, biz yayımçı şirkət olaraq bunları azyaşlı auditoriya üçün təqdim edə bilərik. Surdo tərcümənin bərpa edilməsi məsələsi isə şirkətin Direktorlar Şurasında müzakirə olunub. Ancaq həmin sahədəki peşəkar mütəxəssis qıtlığından bu iş yerinə yetirilməmiş qalıb. Eşitmə qabiliyyəti zəif olan şəxslər üçün isə “Carçı” informasiya proqramında xəbərlər daimi olaraq alt yazı ilə verilir”.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədə son durum Bugün, 09:49Cəbhədə son durum