Qazax səhiyyəsi Prezidentin göstərişlərinə əməl etmir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qazax səhiyyəsi Prezidentin göstərişlərinə əməl etmir

Qazax səhiyyəsi Prezidentin göstərişlərinə əməl etmir

Müəllif: cavidan
//
19 Mart 2020
//
//

Qazax səhiyyəsi Prezidentin göstərişlərinə əməl etmir

Azərbaycanımızın günü-gündən yeniləşməsi və inkişafı göz önündədir. Yəni bu inkişafı görməmək və danmaq olmaz. Az qala hər gün bir rayonumuzda müxtəlif infrastruktur layihələrinin açılışı olur. Açılışların bir çoxunda da cənab prezident şəxsən iştirak edir. Əhali ilə görüşür, problemləri ilə maraqlanır və aidiyyatı üzrə tapşırıü və tövsiyyələrini verir. Hər zaman da bir tapşırığı olur ki, məmur xalqla işləməli və xalqı incitməməlidir. Çox təssüflər olsun ki, bəzən də bu tapşırıqlar bilərəkdən arxa plana keçirilir.
Cənab prezidentin sərəncamına əsasən bu yaxınlarda TƏBİB yaradıldı və bütün səhiyyə təşkilatları həmin TƏBİB-in tərkibinə verildi. Yəni bundan sonra ağrılı tərəflərimizdən olan səhiyyə problemlərimiz də həll olunacaq. Ölkə başçısı bu yaxın günlərdə Qazax rayonuna səfər eləmiş və Qazaxda müasir stantartlara uyğun tikilmiş xəstəxananın açılışını etdi. Amma çox təssüflər olsun ki, Qazax xəstəxanasında illərlə kök atmış problem elə problem olaraq da qaldı. Həmin problemlərdən biri də korrupsiyaya bulaşmış və saxtakarlıqlarla ad çıxsrtmış Qazax rayon Mərkəzi Xəstəxanasının rəhbərliyidir.
Qazaxlılar yeni səhiyyə ocaöının açılışına necə sevinmişdilərsə xəstəxananın köhnə rəhbərliyinin dəyişilməməsinə də bir o qədər kədərləndilər. Sevda və Allahverdi həkimlərin özbaşnalıqları bu gün də davam edir. İllərlə xəstə yatanlara haqqı olan xəstəlik kağızları-ekiprizləri verilmədiyi halda xəstə olmayanlara saxta ekiprizlər saxta imzalarla Sevda xanım və Allahverdi həkim tərəfindən satılır. Bunların hər ikisinin saxtakarlıqlarını biləndə və şikayətçi olanda isə adamı tanımazdan gəlirlər. Halbu ki, həmin saxta sənədlər müəyyən pulların hesabına verilib. Xəstəxana rəhbərliyi hər yerdə deyir ki, bizim arxamızda rayonun İcra Başçısə Rəcəb Babaşov dayanır. Amma Cənab Prezidentin tapşırıqlarından sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun belə saxtakarlara və korrupsionerlərə himayədarlıq edəcəyinə də inanmırıq. Qazax səhiyyəsi və rəhbərliyinin saxtakarlıqları haqqında araşdırmalarımız davam edir. Bizi izləməklə daha çox həqiqətləri biləcəksiz.


Müəllif: Şahlar Şıxməmmədov
Xəbər Lenti Giriş Populyar Reklam