“Əsli və Kərəm” teatrda » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Əsli və Kərəm” teatrda

“Əsli və Kərəm” teatrda

Müəllif: Kürsüm
//
16 yanvar 2013
//
//

“Əsli və Kərəm” teatrda

Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyera tamaşası – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən xeberleragetliyi.com-un verilən xəbərə görə, “Ü.Hacıbəylinin yaradıcılığına xüsusi yeri olan, ilk tamaşası 1912-ci il mayın 18-də Opera və Balet teatrının binasında keçirilən operanın yeni quruluşunun rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Premyera tamaşasında əsas partiyaları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa edəcəklər. Tamaşaçılar növbəti tamaşalarda həmin partiyaları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında da seyr edə və dinləyə bilərlər.
Gənclərlə yanaşı tamaşada həmçinin Teatrın təcrübəli solistləri – Xalq Artisti Şahlar Quliyev (Keşiş), Əməkdar Artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və b. çıxış edəcəklər.
Xəbər Lenti Giriş Populyar Reklam