Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan: “Koronavirusun ciddi iqtisadi nəticələri olacaq”

Ərdoğan: “Koronavirusun ciddi iqtisadi nəticələri olacaq”


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan koronavirusla mübarizəyə həsr olunmuş iclasın açılışından öncə açıqlama verib.

Sondakika.com-un məlumatına görə, Türkiyə lideri yeni növ koronavirusun dünya ölkələrinin iqtisadiyyatına təsirindən danışıb.

Ərdoğan deyib ki, bu xəstəlik bütün dünya ilə birlikdə Türkiyəyə də təsir edib:

“Bu iclasdan sonra xalqa çağırış edərək təfərrüatlı açıqlama veriləcək. Bu günə qədər qabaqlayıcı tədbirlər həyata keçirmişik. Könüllü və ya məcburi olaraq karantin tədbirlərinə görə gündəlik həyatı dayanma nöqtəsinə gətirən bu prosesin ciddi iqtisadi nəticələri olacaq.

Xəstəliyin sürətlə yayılmasına mane olmaq və iqtisadiyyatı aktiv saxlamaq hədəfimizdir. Dövlətin üzərinə düşən işlərlə yanaşı, özəl sektorun da bu işdə məsuliyyəti var. Bu çətinliyi birlikdə dəf edəcəyik. Ölkəmizi bu prosesdən sağ-salamat çıxardığımız zaman bizi fürsətlərin gözlədiyini bilirik. Səbr və dua ilə bu prosesi keçəcəyimizə inanıram.

İngiltərə və Fransanın vəziyyəti bizimlə müqayisə edilməyəcək qədər pisdir. Virusla bağlı verdiyimiz qərarların ölkəmiz və iqtisadiyyatımız üçün xeyirli olmasını diləyirəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ