Sizin reklam burada
Sizin reklam burada

Koronavirusa görə 5 il müddətinə həbs edilə bilərsiniz - Parlament qanuna dəyişikliyi qəbul etdi

Koronavirusa görə 5 il müddətinə həbs edilə bilərsiniz - Parlament qanuna dəyişikliyi qəbul etdi

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar və Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.


Xeberleragntliyi.com xəbər verir ki, təklif edilən dəyişikliyə görə, Azərbaycanda koronavirusa görə cərimə tətbiq ediləcək.

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimə ediləcək.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib. /Qafqazinfo

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ