Sizin reklam burada
Sizin reklam burada

“Azəriqaz” xüsusi iş rejimində hansı xidmətləri göstərir?

“Azəriqaz” xüsusi iş rejimində hansı xidmətləri göstərir?


Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər, eləcə də insanların sıx toplaşdıqları yerlərin bağlanmasına dair tövsiyələr nəzərə alınmaqla, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 20-dək məhdudlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan “Azəriqaz” İB də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” Mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir.

Həmin xidmətlər aşağıdakılardır:

1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;
2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;
3. Qüsurlu ödənişlərin bərpası;
4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;
5. Koda düşmüş kartların bərpası;
6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ