Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü


Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.

Xeberleragentliyi.com xəbər verir ki, hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

Qızın halı cərrahiyyə masasında qəflətən pisləşib və o, vəfat edib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ