Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda da əməliyyat keçirildi

Lənkəranda da əməliyyat keçirildi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Xeberleragentliyi.com-ın xəbərinə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Şilavar kənd sakini Səfər Bunyatov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı da bir bükümdə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin yaşadığı evə özünün iştirakı ilə baxış keçirilib və oradan külli miqdarda - 55 qram narkotik vasitə - tiryək, 41 qram heroin, 13 qram psixotrop maddə - metamfetamin, 4 qram qurudulmuş marixuana, eləcə də narkotik vasitələrin satışı üçün istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.Report

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ