İndoneziya nümayəndə heyəti MSN-də olub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İndoneziya nümayəndə heyəti MSN-də olub

İndoneziya nümayəndə heyəti MSN-də olub

Müəllif: Kürsüm
//
16 yanvar 2013
//
//

İndoneziya nümayəndə heyəti MSN-də olub

Yanvarın 16-da Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İndoneziyanın Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən xeberleragetliyi.com-un verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Görüşdə İndoneziya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Eris Herryanto səmimi qəbula görə minnətdarlığını bildirib. İndoneziya Respublikasının Azərbaycandakı səfiri Raden Prayono Atiyanto da görüşdə iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olmaq üçün nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunda da olub
Xəbər Lenti Giriş Populyar Reklam