Sizin reklam burada
Sizin reklam burada

Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə QƏBUL QAYDASI

Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə QƏBUL QAYDASI


Təhsil Nazirliyi sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə qəbulu qaydalarını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə birlikdə bu il may ayının 1-dən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün isə məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ