Sizin reklam burada
Sizin reklam burada

Mənzil bazarında “sükut”: Alan da, satan da gözləyir - GƏLİŞMƏ

Mənzil bazarında “sükut”: Alan da, satan da gözləyir - GƏLİŞMƏ


Dünən neftin qiymətinin kəskin enişindən sonra bu gün səhər saatlarında Brent markalı neftin qiymətində hər barel üçün 7 faiz bahalaşma olub.

Belə ki, bu markalı neftin bir barreli hazırda 37 dollara satılır. WTI markalı neftdə isə bahalaşma 6,8 faiz olub. Hazırda bu neftin bir bareli 33,26 dollara ticarət edilir. Lakin qiymətlərdəki cüzi artım birjalardakı gərginliyi aradan qaldıra bilməyib.

Maraqlıdır, neftin kəskin ucuzlaşması mənzil bazarına necə təsir göstərib?

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verərək bildirib ki, neftin ucuzlaşması mənzil bazarına müəyyən qədər təsir göstərib, amma bu, birbaşa təsir deyil, dolayı yolla olur. Adətən, neftin qiyməti düşəndə mənzil bazarında aktivlik azalır:

“Çünki psixoloji təsiri böyükdür. Alıcılar çəkilirlər gözləmə mövqeyinə və gözləyirlər ki, qiymətlər mənzil bazarında minimuma düşsün. Satıcılar isə əmlaklarını bazardan çıxarırlar, onlar da gözləmə mövqeyinə keçir, lakin qiymətlərin təzədən qalxması üçün gözləyirlər. Bəziləri isə ümumiyyətlə, qiymətdə dəyişiklik etmir. Beləliklə bazarda sükut yaranır, alqı-satqıların sayında maksimu azalma müşahidə edilir”.

  • Sosial şəbəkədə paylaş