Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin yeni sədri Sahibə Qafarova kimdir? - TƏRCÜMEYİ-HAL

Milli Məclisin yeni sədri Sahibə Qafarova kimdir? - TƏRCÜMEYİ-HAL
Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın namizədliyini irəli sürüb.

Sahibə Qafarova kimdir?

S.Qafarova 1955-ci ildə anadan olub.

O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda gender problemlərinin tədqiqi ilə məşğuldur.

Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub.

YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi olan S.Qafarova 2010-cu ildən Milli Məclisin üzvüdür.

Qeyd edək ki, Milli Məclisin sədri vəzifəsinə parlamentdə mütləq səs çoxluğuna malik olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədin təsdiqlənəcəyi şübhəsizdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ