Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda 65 nəfər BU SƏBƏBDƏN ÖLDÜ – DƏHŞƏT

Azərbaycanda 65 nəfər BU SƏBƏBDƏN ÖLDÜ – DƏHŞƏT

2019-cu il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.

Publika.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.

Bundan əlavə 2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ