Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü

Müəllif: cavidan
//
06 Mart 2020
//
//

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü


Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

APA-nın şimal bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Renault" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü - Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri - Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədə son durum Bugün, 09:49Cəbhədə son durum