Sizin reklam burada
Sizin reklam burada

Buraxılış imtahanı təxirə salındı - Koronavirusa görə

Buraxılış imtahanı təxirə salındı - Koronavirusa görə


Dövlət İmtahan Mərkəzi bir neçə rayonda keçiriləcəyi planlaşdırılan buraxılış imtahanını təxirə salıb.

9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulub.

DİM-dən Xeberleragentliyi.com -a daxil olan məlumata görə, kronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ