Sizin reklam burada
Sizin reklam burada

Şimali Koreya Yaponiya istiqamətində raketlər buraxdı

Şimali Koreya Yaponiya istiqamətində raketlər buraxdı

Şimali Koreya bu il ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq raket atəşi həyata keçirib.

“Yonhap” agentliyi xəbər verir ki, ölkənin Vonsan şəhərindən Yapon dənizi istiqamətində iki naməlum tipli raket buraxılıb.

Raketlər 35 kilometr hündürlükdə 240 kilometr məsafə qət ediblər.

Şimali Koreyada raketlərin buraxılması ilə əlaqədar 4,8 ballıq zəlzələ qeydə alınıb.

Xatırladaq ki, ötən il rəsmi Pxenyan Yaponiya istiqamətində 13 raket buraxıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ