Sizin reklam burada
Sizin reklam burada

Koronavirusa görə Azərbaycanda məktəblər bağlanacaqmı? - RƏSMİ AÇIQLAMA

Koronavirusa görə Azərbaycanda məktəblər bağlanacaqmı? - RƏSMİ AÇIQLAMA
.

Bu günlərdə ən çox müzakirə olunan məsələ koronavirus təhlükəsi ilə bağlı təhsil müəssisələrinin bağlanmasıdır. Lakin məktəblərin bağlanması ilə bağlı hər hansı qərar verilməyib, bununla bağlı hər hansı qərar olarsa, bu barədə KİV məlumatlandırılacaq.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir:

"Nazirlik bununla bağlı müvafiq tədbirlərin icrası üçün təlimatlar alıb. Məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması barədə təlimatlar verilib və 24 saat fəaliyyət göstərən qərargah yaradılıb".

C.Valehov əlavə edib ki, indiyədək yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və bu işlər davam etdiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ