"Bəlkə, bir ay sonra ailə qurdum..." » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Bəlkə, bir ay sonra ailə qurdum..."

"Bəlkə, bir ay sonra ailə qurdum..."

Müəllif: Anar
//
15 yanvar 2013
//
//

"Bəlkə, bir ay sonra ailə qurdum..."

Müğənni Almaz Ələsgərovanın müsahibəsi.
-Almaz Ələsgərova neçənci illərin müğənnisidir?

- Mən 1985-ci ildə gəlmişəm bu sənətə, məndən 1 il qabaq, yəni 1984-cü ildə Brilliant Dadaşova gəlib, bizdən sonra Aygün, Zülfiyyə, Faiq gəliblər sənətə.

- Nəyə görə indi sizin adınız onların sırasında çəkilmir?

- Bu mənim günahımdır, bir az tənbəllik etdim. Şəxsi problemlərim məni uzaqlaşdırdı sənətdən, amma indi çox həvəsliyəm və yenidən başlamış kimi hiss edirəm özümü.

- Sizi belə həvəsləndirən nədir?

- Bəlkə sevgidəndir, bilmirəm, qanım qaynayır bu aralar (gülür).

- Sevdiyiniz insan, bəlkə, sizi ruhlandırır?

- Ola bilər, sevdiyim insan var və çox xoşbəxtəm. Mən sevgi dolu bir qadınam. Sevgi məni yaşadır.

- Yenidən ailə qurmaq fikriniz var?

- Hələ ki, belə bir fikrimiz yoxdur. Amma "heç zaman heç vaxt demə" misalına əsasən deyim ki, bilmək olmaz, bəlkə, bir ay sonra ailə qurdum (gülür).

- Almaz Ələsgərova həm də bir müəllimədir?

- Bəli, mən universitetdə vokal dərsləri verirəm. Tələbələrim var, onları çox istəyirəm. Çalışıram, bildiklərimi onlara öyrədim. Müəllimlik çox gözəl bir sənətdir.

- İki gözəl qız anasısınız, bəs oğul anası olmaq istərdiniz?

- Bəli, çox istərdim, oğlum olsun, oğul bir başqadır, amma mən qızlarımla da fəxr edirəm.

- Almaz xanım, əgər Aygün Kazımova plastik əməliyyatlar etməsəydi, sizcə, indi necə olardı?

- Ən azı, çəkisi mənimki qədər olardı, Aygün də mənim kimi kökəlməyə meyllidir (gülür).

- Sizcə, Türkiyədə çəkilən kliplərdən Aygün Kazımovanın klipi daha uğurludur, yoxsa Röyanın?

- Mən bir şeyi deyim ki, Aygün Kazımovanı o birisi ilə müqayisə etməyin. Aygün ilə o birisi müqayisəolunmazdır. Aygünün sənəti var, o birinin... nə isə... Aygünə demək istəyirəm ki, sən supersən.

- Röya ilə barışıq gözlənilir?

- Xeyr, barışıq-filan ola bilməz. O insan mənlik deyil, vəssalam. Onun klipinə qalanda, sizə deyim, ay türklər ölür onun üçün, ay nə bilim nə.... - heç də elə deyil, mən iki gündən bir Türkiyədəyəm və orada onun bir dəfə də olsun, mahnısını eşitmədim.
Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı