Sizin reklam burada
Sizin reklam burada

MSK QƏRAR VERDİ: Daha iki məntəqənin nəticələri ləğv olundu

MSK QƏRAR VERDİ: Daha iki məntəqənin nəticələri ləğv olundu
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsən və Nurlana Cəlilin müraciətinə baxılıb.

"Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”
İclasda daha sonra həmin dairənin 24 və 26-cı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ