Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır

Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır

Müəllif: cavidan
//
19 Şubat 2020
//
//

Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır


Son günlər sosial şəbəkələrdə kurikulumla bağlı məsələ yenidən gündəmə gəlib, geniş müzakirələr aparılır. Qəbul imtahanlarının artıq 2019-cu ildən kurikulum sistemi əsasında təşkil olunmasına baxmayaraq, bu sistemin özünü doğrultmadığını düşünənlər az deyil.

Təhsil eksperti, pedaqoq Nadir İsrafilov Lent.az -a bildirib ki, kurikulumun tərəfdarları olduğu kimi, əleyhdarları, indiki proqramlara yenidən baxılmasının təşəbbüsçüləri də az deyil: “Artıq bu mövzuda elmi-praktik müzakirə keçirmək, hökmən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) də nümayəndələrinin, habelə İctimai Şura üzvlərinin də iştirakının təmin edilməsi barədə təklif də irəli sürülüb. Bu təklifi dəstəkləyənlər çoxalır. Sadəcə, onu əlavə edə bilərəm ki, “Kurikulum özünü doğrultmadı ifadəsi” heç də o anlama gəlmir ki, Nazirlər Kabinetinin 2006-cı il oktyabrın 30-dakı 233 nömrəli qərarı ilə təsdiqlənən Azərbaycanda Ümumi Təhsilin Konsepsiyasından və konseptual xarakterli çərçivə sənədi əsasında hazırlanan və Nazirlər Kabinetinin 2009-cu il yanvarın 13-dəki 9 nömrəli qərarı ilə təsdiq edilənən "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”ndan imtina etməliyik. Söhbət kurikulumun ləğvindən deyil, yeni nəsil kurikulumların hazırlamasından gedə bilər. Onu da xatırlatmaq yerinə düşər ki, kurikuluma keçiddə tələskənliyə yol verməyimizi Təhsil Nazirliyinin və DİM-in ən yüksək vəzifəli rəsmiləri də zaman-zaman etiraf ediblər: “Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq.” (Mikayıl Cabbarov) ; “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.” (Məleykə Abbaszadə)”.

Ekspert bildirib ki, kurikulum proqramı, xüsusilə son günlər sosial müəllimlər və digər maraqlı tərəflər arasında geniş müzakirələrə səbəb olub və əksəriyyət bunun əleyhinədir: “Vəziyyətin normal vəziyyətə gətirilməsi üçün istər Təhsil Nazirliyi, istərsə də DİM müvafiq və davamlı işlər görür. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarda, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsində edilən mütamadi dəyişikliklərin, buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə keçidin şahidi oluruq. Təəssüf ki, bəziləri məsələnin qoyuluşunu düzgün anlamır, halbuki bu yanaşmada söhbət kurikulumun ləğvindən deyil, bunun tətbiqi ilə əlaqədar yaranan və yaşanan problemlərdən, anlaşılmazlıqlardan, və nəticə etibarı ilə maraqlı tərəflər arasında yaranan söz-söhbətlərə son qoymaqdan gedir. Hazırda təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranıb və bundan sonra da yaranacaq. Bu baxımdan geniş ictimaiyyəti maraqlandıran və narahat edən istənilən məsələnin gündəmə gətirilməsi, ümumi ictimai rəyin öyrənilməsi və buna müvafiq təkliflərin hazırlanıb, əlaqədar qurumlara təqdim edilməsi heç vaxt gec deyil”.
Xəbər Lenti Giriş Populyar Reklam