Prezident köməkçisini işdən çıxardı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident köməkçisini işdən çıxardı

Prezident köməkçisini işdən çıxardı

Müəllif: cavidan
//
19 Şubat 2020
//
//

Prezident köməkçisini işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.

Qərarda deyilir:

"Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun”.

Fərmanda eyni zamanda qərarın imzalandığı tarixdən etibarən qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, V.Surkov bu vəzifəni 2013-cü ildən etibarən icra edir.

Onun əsas işlərdindən biri də Rusiya və Ukrayna arasında baş verən məsələlərə nəzarət etmək, "Normandiya dördlüsü” formatında həyata keçirilən işlərdə iştirak etmək idi.
Xəbər Lenti Giriş Populyar Reklam