Sizin reklam burada
Sizin reklam burada

Koronavirusa görə təşvişə düşən soyğunçular tualet kağızlarını oğurladı

Koronavirusa görə təşvişə düşən soyğunçular tualet kağızlarını oğurladı

Honkonqda silahlı soyğunçular ölkədə koronavirusla əlaqədar yaranan istehlak malları çatışmazlığından təşvişə düşərək, 600 ədəd tualet kağızı rulonu oğurlayıblar.

“South China Morning Post” nəşri yazır ki, soyğunçular dəyəri 130 dollar (221 manat) olan 50 bağlama tualet kağızı oğurlayıblar.

Hüquq-mühafizə orqanlarından bildirilir ki, soyğunçulardan biri mağazaya basqın zamanı bıçaqla silahlanıb.

Daha əvvəl Honkonq İstehlakçılar Şurasının baş direktoru vətəndaşları çoxlu miqdarda tualet kağızı almamağa səsləyib. Direktor xəbərdarlıq edib ki, iqlim şəraiti ilə əlaqədar tualet kağızları kiflənəcək və istifadəsi mümkün olmayacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ