İran prezidenti istefaya gedir? - İDDİA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İran prezidenti istefaya gedir? - İDDİA

İran prezidenti istefaya gedir? - İDDİA

Müəllif: cavidan
//
13 Şubat 2020
//
//

İran prezidenti istefaya gedir? - İDDİA

İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.

Bu barədə "Al-Monitor” elektron qəzeti yazıb.

Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.

İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.

Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:

"Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.
Xəbər Lenti Giriş Populyar Reklam