717 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkarlanıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 717 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkarlanıb

717 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkarlanıb

Müəllif: Anar
//
15 yanvar 2013
//
//

717 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkarlanıb

Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 1 nəfəri İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə (Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması) əsasən otuz manat miqdarında, 509 nəfəri 339.1.1-ci maddəsi (Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 34 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 1 nəfəri isə 339.1.6-cı maddəsi (qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına) ilə respublika hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə ediliblər. İnzibati qanun pozuntusuna yol vermiş 172 nəfər İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilib.

Tədbirlər nəticəsində işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə DMX əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 6 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkarlanıb.
Xəbər Lenti Giriş Populyar Reklam