Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı yeni qərar verib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı yeni qərar verib

Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı yeni qərar verib

Müəllif: cavidan
//
12 Şubat 2020
//
//

Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı yeni qərar verib

“Mitinqin “Neftçi İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik”



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və REAL partiyalarının paytaxtda mitinq keçirməklə bağlı müraciətinə yenidən baxıb. BŞİH-dən AYNA-ya verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub.



"Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxıb”, - deyə məlumatda bildirilir.



“Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan – 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik”, - deyə BŞİH-dən bildirilib.

Xəbər Lenti Giriş Populyar Reklam