Sizin reklam burada
Sizin reklam burada

Borca görə özünə bıçaqla xəsarət yetirdi

Borca görə özünə bıçaqla xəsarət yetirdi

Bakıda bıçaq xəsarət alan şəxsin intihara cəhd etdiyi məlum olub.

“Report”un xəbərinə görə, hadisə fevralın 10-da, saat 22 radələrində, paytaxtın Yasamal rayon, H.Cavid prospektində qeydə alınıb.

Belə ki, həmin gün 2001-ci il təvəllüdlü Bilalov Süleyman Ramil oğlu qarnından almış bıçaq xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) daxil olub.

Onun izahatı alınan zaman məlum olub ki, borcu olduğu üçün özünə xəsarət yetirərək intihara cəhd edib.

B.Süleymanov tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin26-cı Polis Bölməsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ