Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir

Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir

Müəllif: cavidan
//
10 Şubat 2020
//
//

Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir


Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə iki nəfərin müayinəsi davam edir.

Xeberleraentliyi.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var:

“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.
Xəbər Lenti Giriş Populyar Reklam