Sizin reklam burada
Sizin reklam burada

Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul olunacaq

Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul olunacaq

"Yüksəliş” müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək.

Xeberleragentliyi.com xəbər verir ki, bunu "Yüksəliş müsabiqəsi ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək,


"“Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir. Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Həmin şəxslər uzun müddət kadr bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək ”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ