Çində koronovirusdan ölənlərin sayı durmadan artır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Müəllif: cavidan
//
07 Şubat 2020
//
//

Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 30,6 min, bu virus səbəbindən ölənlərin sayı isə 633 nəfərə çatıb.

Bu barədə “Report” “Vani” agentliyinə istinadən xəbər verir. Bildirilib ki, 1,4 min nəfər sağalıb. Mərkəzi hökumət orqanlarının məlumatına görə, ölkədə 186 mindən çox insan karantindədir.
Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Məlumata görə, virus ən çox Hubey əyalətində yayılıb. Burada 22,1 min nəfər koronavirusa yoluxub, 618 nəfər ölüb.


Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir. Çjetszyan (970 nəfər yoluxub) və Quandun (954 nəfər yoluxub) əyalətlərində virusa yoluxma qeydə alınsa da ölüm hadisəsi baş verməyib. Öz növbəsində, 70 və 91 nəfər sağalıb. Pekində isə 274 nəfər yoluxub, 1 nəfər ölüb.
Xəbər Lenti Giriş Populyar Reklam