Cinayətkarlığa qarşı mübarizə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cinayətkarlığa qarşı mübarizə

Cinayətkarlığa qarşı mübarizə

Müəllif: Anar
//
14 yanvar 2013
//
//

 Cinayətkarlığa qarşı mübarizə

Cinayətkarlığa qarşı mübarizə


Cinayətkarlıq cəmiyyətin məhsuludur.
Hüquq tarixi və “Cinayət və cəmiyyət”adlı kitabda sübuta yetirilmişdir ki,cinayətkarlıq cəmiyyətin məhsuludur.Yalnız ibtidai icma qurluşundan sonra sinifli cəmiyyətlər meydana gəldikcə,cinayətkarlıq da yaranmışdır.Belə ki,insan cinayət törədir və nəticədə ciayətkar olur.1983-ci ildə nəşr edildə nəşr edilən “Cinayət və cəmiyyət”adlı kitabda deyilir ki,normaları pozma,insanları cinayətə aparan yoldur.Cinayətkar damğalanmış insandır.Cəmiyyət tərəfindən qəbul edilməyən davranış-hüquq pozuntuları kimi qiymətləndirilir.Pozucu hərəkətlər damğalanır və onu törədən şəxs cəzalandırılır.Cinayətə aparan yollar həmişə cəmiyyət üçün bəla olmuşdur.Cinayət karlıq cəmiyyətdə yaranır və cəmiyyət üzvləri tərəfindən pislənir.Deməli,cəmiyyətdən kənarda cinayət yoxdur,nə də cinayətkar.Bir sözlə cinayətkarlıq cəmiyyətin məhsuludur.
Cinayəti yaradan əsas amillər.
İnsanı mənfi amillərə meyil etməsindən,yəni cinayətkarığa sövq etməsində əsas aşağıdakı amillər rol oynayır.
1.Ailə üzvlərinin kiçik məişət pozuntuları-xuliqanlıq,oğurluq,əliəyrilik və s.mənfi hərəkətlərə meyilli olması.Yəni anadan olub böyüdüyü ailədə cəmiyyətə zidd qaydalara uyğun olmayan meyilli-içkiyə,sərxoşluğa.norkotik maddələrə meyillik.
2.Ailə üzvlərinin biri ilə hörmətsiz hərəkətıəri-yersiz mubahisələr,dedi-qodlar,ağır həyyat cəza və başqa.
3.Cəmiyyətə,insanlara,dövlətə hörmətsizlik,ləyaqətsizlik münasibətlər.
Bu deyilənlər və başqa sosial münasibətlərin olması fərdin ləyaqətli şəxs kimi yetişməsinə əngəl olur.Nəticədə insan cinayətkarlığa qurşanır.
.Cinayətkarlıq sinifi təbiətə malikdir.
Cinayyətkarlıq cəmiyyətin məhsulu olduğu üçün cinayət sinfi təbiətə malik ictimai hadisədir.Bütün istismarçı cəmiyyətlərdə hakim sinifin mənafeyi üçün və qurluşu üçün təhlükə törədən əməllər cinayət törədən əməllər cinayət hesab edilir.Cinayətin tarixi xarakteri ictimai qurluşun dəyişməsi ilə əlaqədar məzmununu dəyişir.Beləliklə,ictimai təhlükəli cinayətin sinfi təbiətinə ictimai mahiyyətini açıb göstərən əsas maddi əlamətdir.Cinayətkarlıq tarixən təşəkül tapıb,cəmiyyət dəyişdikcə məzmun və formasını dəyişmişdir.Cinayətkarlıq həmişə hansı dövrdə və ərazidə olmasından aslı olmayaraq,həmişə cəmiyyətin inkişafına ciddi bir bəladır.Deməli,cinayətkarlıq cəmiyyətin siniflərə bölündüyü vaxtdan yaranmışdır.Zaman-zaman ictimai qurluş dəyişdikcə,cinayətkarlığın şəraiti və səbəbləri onu yetirən amillər də dəyişmişdir

.Cinayətkarlığın səbəb və şəraiti.
Cinayətkarlığın səbəb və şəraiti müxtəlif səviyələrə malikdir.Elmi-praktiki mənada cinayətkarlığı belə bölmək olar.
1.Cinayətkarlığın səviyyəsi,2.cinayətkarlığın məzmunu.
Cinayətkarlığın səviyyəsi onun səbəb və şəraitinə görə fərqləndirilir.Bu ümumilikdə cinayətkarlıq,cinayətkarlığın növləri və ayrıca cinayətlərdən ibarətdir.Bu səviyyələr arasında dialektik əlaqə var.Cinayətlər məzmununa və sayına görə fərqlənir.Ancaq onların törədilmə səbəb və şəraiti eyni ola bilir.Məsələn,mal çatışmazlığı,oğurluq,vəzifə cinayəti.Məzmununa görə kriminogen hərəkətlər sosial-iqtisadi,ideloji,siayasi-psixoloji,mədəni-tərbiyəvi və təşkilati idarəetmə sahəsində törədilməsi ilə əlaqədar sahələrə bölünür.Ümumiyyətlə,cinayətkarlığın səbəbi onun yaranma şəraitindən çox aslıdır.
Cinayətkarlığa qarşı mübarizənin təbliğatı formaları.
İnsan yaşadığı şəraitdə sosial normaları qəbul edib,davranış və meyilləri tənzimləməyi,dəyərlər sistemini bilməli,və həyata keçirməyə çalışmalıdır.Sosialaşma adlanan bu prosessə görə insan aşağıdakılara əməl etməlidir.
1.Cəmiyyət tərəfindən qəbul edilən din,hüquq və əxlaq normalarına əməl etməli,2.İnsan cəmiyyətin üzvü kimi üzərinə düşən vəzifələri yerinə yetirməli,3.İnsan sosial fəaliyyətə uyğun davranışlara əməl etməli,4.İnsanın sosial davranışlarını yaşadığı cəmiyyətin mədəniyyəti müyənləşdirir.İnsanın sosial normalara əməl etməsində təhsil və tərbiyəyə əsas rol oynayır.Təhsil insanda hüquqi şüurun,mədniyyətin yaranmasına şərait yaradır.İnsanın sosiollaşmasında ailə və məktəb başlıca vasitədir.Pedaqoji və pisxoloji hüquqi sahələrlə məşğul olan tədqiqatçiların fikrincə,uşağın cinayət törətməsinə səbəb bunlardır;kifayət qədər tərbiyə verilməsi,yaşayış şəraitinin pis olması,ailədəki narazılıq,kifayət qədər təhsillə cəlb edilməmək,ata və ananın mənfi meyllərə qurşanması və ayrılmalar.Bu gün insanın ictimai həyatına mənfi təsir edən informasiya vasitələri də çoxdur.Bəzi televiziya və qəzetlərdə məzmunsuz,əxlaqsız çıxışlar və kriminal vəziyyətlər insana cinayətkarlıq dalğası yayır.
Bütün bunlara qarşı mübarizə aparmaq,orqanlarla yanaşı ictimayyətin borcudur.
.Cinayətkarlığın sosial baxımdan təsnifi.
Sosial baxımdan aparılan təsnifatla bağlı muxtəlif fikirlər irəli sürülmuşdür.Bir qrup alimlər qeyd edir ki,cinayətkarlığın sosial baxımdan tiplərə bölünməsi cinayətkarların törətdiyi təhlükənin xüsusiyyətini müəyyən etmək məqsədi daşıyır.
ABŞ sosioloqu Gaban belə bir təsnifat vermişdir;1.Peşəkar cinayətkarlıq.2.Cinayətkarla bitlikdə cinayət törədən cinayətkarlar.3.Cinayətkarların içərisində yaşayan cinayətkarlar.4.Ehtiyatsız cinzyətkarlar.Bura əsaəsən sərxoşlar,narkomanlar,avara və dilənçi adamlar daxilidir.5.Psixi pozuntu təsiri ilə cinayət törədənlər,bunlar pisixlər,nevrozlar,psixozlar və s.Başqa bir sosioloq Sirabo bu bölgiyə mədəni ünsürləri daxil etmişdir.Belə ki,yaşanılan mühit və həyat tərzi insanın cinayəti bir peşə kimi qavramasına səbəb olur.Bəzi kriminoloqlar deyir ki,cinayətkarın təhlükəliyini əsas götürülməlidir.Yəni 1 dəfə və ya dəfələrlə edilən cinayətlər nəzərə alınmalıdır.Bir də xroniki cinayətkarlar var.Az təhlükəli və xüsusi təhlükəli cinayətkarlar.Ümumiyyətlə cinayətkarların xüsusiyyətindən danışanda cinayətkar davranışın yaranma və inkişafında ətraf və xarici ünsürlərin təsirini nəzərə almaq lazımdır.

.Psixatriya və klinik baxımdan cinayətkarlığın təsnifi.
Bu sahədə aparılan ən geniş təsnifat Di Tillio tərəfindən müəyyən edilmişdir.1.Təsadüfü cinayətkarlar.2.Tam təsadüfü cinayətkarlar.3.Yolunu itirmiş cinayətkarlar.4.Ehtirasın təsiri ilə hərəkət edən cinayətkarlar.
Bədən tiplərinə görə cinayətkarlar ilk dəfə peşəkarlar,ictimai təhükəyə meyilli olan cinayətkarlardır.Kliniki baxımdan cinayətlərin təsnifi,xüsusiyəti,xarakteri ilə birləşdirərək formalaşır.Bu təsnifi irəli sürən Salınq qeyd edir ki,əməklə məşğul olmayan peşəkar cinayətkarlar təcavüzkar cinayətkardır.Ehtirasa məğlub olan psixi pozuntu ilə yaranan ideolojiya cinayətkarı sosial normaları pozan cinayətkarlardır.Ümumiyyətlə cinsindən aslı olmayaraq,cinayətkarların təsnifini nəzərə almaq çox vacibdir.

.Cinayətkarlığa səbəb olan sosial-iqtisadi faktorlar.
Cəmiyyətdə cinayətkarlığı yaradan,ona səbəb olan sosial-iqtisadi münasibətlərdən söhbət düşəndə biz müəyyən edilmiş aşağıdakı faktorları qeyd etmeliyəm.
1.Yoxsuluq,işsizlik.2.Gəlirlərin insanlar arasında qeyri-bərabər bölünməsi.3.İnfilyasiya.
Dünya hüquqşünaslarının fikrincə cinayətkarlığın səbəbləri ilə bağlı aparılan tədqiqatlarından bele nəticəyə gəlinmişdir ki,töənən cinayətlərin 90 % sosial-iqtisadi amillərin təsiri altında yaranır.Kanada hüquüşünasının qeydinə görə cinayətin 80 % evli insanların cinayət törətməsinə səbəb olur.İşsizlik insana psixi psixi təsir edir.İşsiz insan həyatda mənfi faktorlarla mübarizədə zəif olur.İşsizlik xəstəlik yaradır.
Cinayətin törənməsinin səbəbləri.
Kriminalogiyaya dair ədəbiyyatlarda qeyd edilir ki,cinayətin törədilməsinin səbəbləri iki sahəyə bölünür;1.ictimai təhlükəli əməlin törətdiyi mövcud olan mühitin vəziyyəti,cinayət törətməzdən əvvəlki şərait,hadisənin qarşısını ala bilər.Əksinə hadisəni yardada bilər.Biz unutmamalıyıq ki,“cinayətkarda insandır”,o da həyatda yaşayıb yaradır.Cinayin və cinayətkarlığın səbəblərinin aydınlaşdırılmasında cinayətin özü qədər tarixi var.Yəni mağarada olub,qiymətli bir əşyanı oğurlayandan cinayətkarda meydana çıxıb.O vaxtlar ancaq cinayətə Allah qanunun pozulması kimi baxırdılar.Qədimdə dini düşüncə vardır.Sonralar cinayətkarlığın səbəbi öyrənildi.Bu əsas XIXəsrin əvvələrinə aiddir.Cinayətkarlığın nece meydana gelməsini kriminalogiya elminin öyrənilməyə başladı.Tədqiqatçı Porlan cinayətkarlığın bioloji xüsusiyətlərini sonralar Sosherhin bir elm kimi onu işləyib hazırladı.Cinayətkarlığın səbəbini aydınlaşdırmaq,onun törədilməsinin qarşısını almaqda çox böyük rol oynadı.İnsan elə bir varlıqdır ki,o zaman keçdikcə formalaşır.Bu prossesdə də ona çox şeylər təsir edir;ailə,məktəb,məhəllə,iş yeri,mühüt,millət,dostluq və s.Ona görə də cinayətkarlıqla olan məqsədə uyğun nəzəriyələrə yiyələnmək daha faydalıdır.


Anar Nağıyev “Odlar yurdu”universitetinin aspirantı, Abşeron-TİK-rəis müavini,
“Qanun-A”MMC-nin direktoru
Mattie 24 dekabr 2016 19:56
What a plerause to meet someone who thinks so clearly

Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı